Jan 10

100 manat borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Bayram Həsənovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Mozalan.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası üç ilə endirilib.

İttihama görə, hadisə 27 avqust 2023-cü il tarixdə, saat 1 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, olaydan bir neçə gün əvvəl Bayram Həsənov dostu, zərərçəkmiş Namiq Qurbanova (soyadı şərti) 100 manat borc verib. Sonra o, telefonla danışaraq dostundan borcunu tələb edib. Namiq isə pulunun olmadığını deyib və onların arasında mübahisə yaranıb. Daha sonra Bayram Namiqlə görüşüb. O, bu zaman bıçaqla ona bir dəfə zərbə vuraraq xəsarət yetirib. Hadisədən sonra Bayram Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bənzər xəbərlər

Gündəm

0.029232978820801