Jan 10

KİV: "Yaxın bir neçə ilə İranın aviasiya sənayesi məhv olacaq"

İran İslam Respublikasının siyasəti nəticəsində ölkənin aviasiya sənayesi məhv edilib.

"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.

Belə ki, yerli media ölkədə olan sərnişin təyyarələrinin hazırkı vəziyyətini təhlil edərək yazıb ki, bu durumun davam etməsi nəticəsində yaxın yeddi ildə İranın hava nəqliyyatı sənayesi məhv olacaq.

Məlumata görə, hazırda ölkədə cəmi 140 təyyarə var ki, onlardan 20-si köhnəldiyi üçün hər il istismardan çıxarılır, bu, İranı hava nəqliyyatı sənayesi olmayan ölkəyə çevirəcək.

Qeyd olunub ki, İranın hava nəqliyyatı donanmasının ömrü hazırda 28 ildir ki, bu da digər ölkələrlə və qlobal orta göstərici ilə müqayisədə təyyarələrin köhnəlməsinin ən yüksək dərəcəsini göstərir.

Bənzər xəbərlər

Gündəm

0.024702072143555