Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?
Dəməşqdəki görüşdən sonra Suriya hakimiyyətinin paylaşdığı fotoda ölkənin XİN rəhbəri Annalena Berbokun üzünün bağlandığı barədə məlumat yayıb.
Mozalan.az-ın məlumatına görə, iddialara baxmayaraq, Suriyanın "Sana" rəsmi xəbər agentliyinin Berbokun şəkillərini senzurasız dərc etdiyi məlum olub.
Qeyd edək ki, Almaniyanın "N-tv" telekanalı Dəməşqdəki görüşdən sonra Suriya hakimiyyətinin paylaşdığı fotoda Annalena Berbokun üzünün bağlandığı barədə məlumat yaymışdı. Bildirilirdi ki, Almaniya XİN rəhbəri ilə yanaşı naziri müşayiət edən iki tərcüməçi də retuş edilib.
"Suriyanın yeni rəhbərliyi, görünür, xaricdən olan nüfuzlu qadın siyasətçilərlə davranışda böyük problemlər yaşayır", - deyə telekanal qeyd etmişdi.
Xatırladaq ki, yanvarın 3-də Suriyanın yeni administrasiya nümayəndələri ölkəyə edən Almaniya XİN rəhbəri ilə əl sıxmaqdan imtina ediblər. Yayımlanan videoda görünür ki, Berbok hökumət təyyarəsinin trapından birinci düşür və Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə yaxınlaşır. Suriyalı siyasətçilər görüş zamanı əllərini sinələrinə qoyaraq nazir ilə əl sıxmaq niyyətində olmadıqlarını aydın şəkildə göstəriblər. Bir qədər sonra onlara alman nümayəndə heyətindən olan kişi yaxınlaşır və suriyalılar, əksinə, onunla həvəslə əl sıxırlar.