Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdi
Paraqvay Prezidenti Santyaqo Pena Venesuela müxalifətinin lideri Edmundo Qonzalesi dəstəklədiyini elan etdikdən sonra Venesuela hökuməti Paraqvayla diplomatik münasibətləri kəsdiyini açıqlayıb.
Mozalan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil məlumat verib.
Pena Qonzalesi Venesuela seçkilərinin qalibi elan edib. Bu açıqlamanı Pena Qonzaleslə görüşdən sonra verib.
Paraqvay Respublikası hökuməti Venesuela Xarici İşlər Nazirliyinin diplomatik əlaqələrin dərhal kəsilməsi ilə bağlı bəyanatlarından sonra Bolivar Respublikasının səfiri və diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Xatırladaq ki, Venesuelada keçirilən seçkidə hazırkı Prezident Nikolas Maduro qalib gəlib. Onun rəqibi Edmundo Qonzales və bir sıra ölkələr Maduronun qələbəsini tanımaqdan imtina ediblər. Yayda Venesuela hakimiyyəti Prezident Nikolas Maduronun yenidən seçilməsini tanımayan yeddi ölkədən (Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvay) bütün diplomatlarını geri çağırıb.