İngilislər 3 yaşlı Məhəmmədi planetin ən ağıllı insanlarından biri kimi tanıdı... - FOTO
Müsəlmanları geri zəkalı sayan bəzi nadan, cahil üzdəniraq alim və siyasətçilər nəticə çıxarsınlar...
"Məhəmməd Peyğəmbərimizin(s) dünyanın ən dahi insanı olduğunu da etiraf edənlər üçün eyni adlı uşağın 14 əsr sonra yüksək zəkaya sahib olması növbəti ibrətdir..."
İngiltərənin Darhem qraflığında yaşayan üç yaşlı müsəlman vunderkind yüksək zəka əmsallı insanların ən böyük təşkilatı olan Mens Cəmiyyətinə üzv qəbul edilib.
Moderator.az xəbər verir ki, bu barədə "CNN” məlumat yayıb. Məhəmməd Hariz Nadzim yeddi aylıq olanda artıq danışmağa başlayıb. Tezliklə oğlan oxumağı da öyrənib və iki yaşına çatdıqdan sonra bütöv hekayələri yadda saxlayaraq təkrarlamağa nail olub. Hazırda balaca Məhəmməd iki dildə danışır: malay və ingilis.
"Təcrübəmiz çatışmırdı, buna görə də bütün uşaqların belə olduğunu düşünürdük. Yalnız uşaq bağçalarına getməyə başladığı zaman Məhəmmədin qeyri-adi bir uşaq olduğunu anladıq. Tərbiyəçilər bizə onun inkişafda digər uşaqlardan xeyli irəlidə olduğunu söylədilər"- deyə vunderkindin anası bildirib.
Ananın sözlərinə görə, 3 yaşlı oğlanın qalan həyatı adi üç yaşlı uşaqlarınkı kimidir. O da cizgi filmlərinə baxır, gölməçələrdən atlayır, rəsm çəkməyi və mahnı oxumağı sevir...
Bir “IQ” testi göstərdi ki, Məhəmmədin zəka əmsalı Stanford-Binet şkalası üzrə 142-dir. Bu da insanların 99,7 faizindən çoxdur. Testdən sonra müsəlman uşaq Mens Cəmiyyətinə üzv seçildi. Halbuki, həmin təşkilata üzv olmaq üçün insanların 98 faizindən daha yüksək bir zəka əmsalına sahib olmalısan. 3 yaşlı Məhəmməd hazırda təşkilatın ən azyaşlı və balaca üzvüdür.
P.S. Müsəlmanları geri zəkalı sayan bəzi nadan, cahil üzdəniraq, alim və siyasətçilər, professor və akademiklər nəticə çıxarsınlar...
P.P.S. Məhəmməd Peyğəmbərimizin(s) dünyanın ən dahi insanı olduğunu da etiraf edənlər üçün eyni adlı uşağın 14 əsr sonra yüksək zəkaya sahib olması növbəti ibrətdir...
Sultan Laçın