DSK sədrinə 150 min, məntəqə sədrlərinin hər birinə 3 min manat
112 saylı Qax seçki dairəsindən narahatlıq doğuracaq məlumatlar daxil olmaqdadır. Belə ki, Qax rayonunda seçki prosesi neqativ hallarla müşahidə edilir. Dairə Seçki Komissiyasının sədri Abdulkərim Əliyev rayon rəhbərliyinin təlimatları ilə hərəkət edərək, hazırkı deputat Azər Kərimlinin pul təklifinə razılıq verib.
Qax.org.az saytının əldə etdiyi məlumata görə, DSK sədri Abdukərim Əliyev seçki gününə qədər Azər Kərimlinin əsas rəqibi olan və hazırda Qax sakinləri arasında xeyli nüfuza malik Əhməd Şahidovu zərərsizləşdirmək üçün 150 min manat alıb və hər bir məntəqə sədri üçün əlavə 3 min manat istəyib. Deputat Azər Kərimlidən cəmi 350 min manat alan Abdulkərim Əliyev seçki günü “karusellər”, “topa bülletenlər” və digər yeni variantlar həyat keçirməyi öz üzərinə götürüb.
Görünən odur ki, artıq indidən 112 saylı Qax seçki dairəsində total saxtakarlıqlar və qanun pozuntuları qaçılmaz olacaq.
Mənbə:Qax.org.az