İmişli Prokurorluğunun qarşısında etiraz aksiyası -VİDEO
İmişli prtokurorluğunun qarşısında etiraz aksiyası keçirilib.
Korrupsiya.org bildirir ki, etirazçılar İmişlidə baş vermiş cinayət hadisəsinin düzgün araşdırılmasını və cinayətkarların həbs edilməsini tələb edinblər.
Onlar yerli prokuroru cinayətkarlardan birini himayə etməkdə suçlayıblar.
Ötən həftə bu cinayət haqda məlumat vermişdik.
Rəsmi məlumatlarda yazılanlar
Rəsmi olaraq bildirilir ki, İmişli rayonunda qadının ölümü ilə bağlı ağır cinayəti bilib gizlətməkdə təqsirli bilinən Anar Surxayzadə və Hikmət Calalzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hər iki şəxsin cinayət işi İmişli rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülvi Qənbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.
İttihama görə, ötən il aprelin 13-də İmişli rayon Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Vahidə Məmmədova qətlə yetirilərək Araz çayının sahilinə atılıb.
Meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Anar Surxayzadə də bıçaqlanıb. Qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Orman Seyidov qətlə yetirib. Meyiti gətirən sürücü Anar Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Ümidvar Məmmədov bıçaqlayıb.
İstintaq araşdırması zamanı baş verən bu dəhşətli hadisənin təfərrüatı məlum olub.
Hadisəni törədən İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Orman Seyidov həmin gün həmkəndliləri – 1995-ci il təvəllüdlü Hikmət Cəlalzadə və Anar Surxayzadə ilə sonuncuya məxsus "Mercedes-BENZ”markalı, 99 CF 146 dövlət nömrə nişanlı avtomobilə 2018-ci ilin noyabr ayında tanış olduğu Validə Məmmədovanın qaynı arvadı 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşə gəlib.
Orman Seyidov onunla birgə gələn Hikmət Cəlalzadə və Anar Surxayzadədən Ayşənin işlədiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə bu barədə ona xəbər vermələrini xahiş edib.
Daha sonra Orman Seyidov Ayşən Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən Validə Məmmədova onları bir yerdə görüb.
Validə Məmmədova həmin vaxt mobil telefondan onun əri Elman Məmmədova zəng edərək məlumat vermək istəyib.
Bunu görən Orman Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşən Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə Validənin boyun və baş nahiyələrinə zərbələr endirib.
Qadının həmin zərbələrdən ölmədiyini görən Orman Seydov əynindəki gödəkçə ilə onu boğaraq qətlə yetirib.
Sonra isə meyiti Ayşən Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları Hikmət Cəlalzadə və Anar Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib.
Orman Seyidov Hikmət Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər. Sonra isə meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.
İmişli rayon polis şöbəsinin əməkdaşları Orman Seyidov, Hikmət Cəlalzadə, Anar Surxayzadə və Ayşən Məmmədovanı saxlayıb.
İstintaq orqanı tərəfindən Hikmət Cəlalzadə və Anar Surxayzadənin barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, cinayət işi üzrə adı keçən Orman Seyidov və Ayşən Məmmədovanın işi ayrıca icraata götürülüb. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Onların cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, Anar Surxayzadəni bıçaqlayan Ümidvar Məmmədova da ittiham elan edilib. Onun da işi baxılması üçün məhkəməyə göndərilib.
Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə ayrı-ayrı icraatlarda məhkəmə prosesləri başlanacaq.
Şikayətçilərin etirazı
Şikayətçı həm də zərçəkmiş şəxs olan, İmişli rayonu , Qulubəyli kənd sakini Astanov Füzuli Surxay oğlu yazır ki, 13.04.2019-cu ildə ,saat 23 radələrində oğlu Anar Surxayzadəni evdən çağırıblar. O oğlu ilə birgə Umudvar Məmmədov, Emin Məmmədov və Canəli Şirəliyevlə qoşularaq Araz çayının kənarına gəlir. Burada həmin 3 nəfər Anar Surxayzadəni və atasını vəhşicəsinə döyürlər. Ürəkləri soyumur, Anar Surxayzadəyə 4 bıçaq zərbəsi vururlar.
Gəncin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşırlar.
Möhkəm əzilmiş ata yoldan keçən maşınlardan kömək istəyir, polisə, təcili tibbi yardıma xəbər verilir. Xəstəxanaya çatdırılan Anarın həyatı xilas edilir.
Anar Surxayzadənin döş qəfəsinin hər hər iki səthinin boşluğa keçən kəsilmiş-deşilmiş xəsarət yetirilməsi faktı üzrə İmişli RPŞ-nin İB-də 14.04.2019-cu ildə cinayət işi başlanılır.
Umudvar Məmmədov AR CM-nin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilıir.
Ancaq həbs edilmir..
Nə o, nə də o biri iki nəfər nəinki həbs edilmir, hətta azadlıqda əllərin-qolların sallayaraq gəzir. Polis və prokurorluq işçilərinin yanında açıq-aşkar Füzuli Astanovu təhdid edirlər ki, bilsəydik şikayət edəcəksən,başını kəsərdik.
Anar Surxayzadənin aldığı bıçaq zərbələrinin sayı və xarakteri onu göstərir ki, onu bıçaqlayan şəxslər əvvəlcədən aralarında razılaşdırılmaqla onu öldürmək istəyiblər.
Bu faktıln sübuta, nə isə əlavə istintqa ehtiyacı yoxdur. Hər 3 şəxs məsuliyyətə cəlb olunub,barələrində həbs qəti imkan tədbiri seçilməli idi. Ancaq İmişli Rayon prokuroru Valeh Səmədov hesab edib ki, ata-balanı döymək olar, hətta doğrayıb sağlamlığına ağır zərbə vurmaq olar. Bu qərəzli mövqeyə görə cinayətkarlar məsuliyyətdən yayınıblar.
Füzuli Astanov ağır xəsarətlər alsa da müstəntiq ona Tibbi –Ekspertizadan keçmək üçün təliqə verməyib.
Nə səbəbə? Prokurorun, müstəntiqin özlərini cinayət törətmiş şəxslərin vəkili kimi aparmaqda məqsədləri nədir?
Anar Surxayzadə 10 gün İmişli Mərkəzi Xəstəxanasında yatıb. Vəziyyəti ağır olduğu üçün Bakıya gətirilərək əməliyyat olunub. 23 apreldən iyun ayının 4-nə kimi Bakıda müalicə alıb.
Füzuli Astanov hadisə ilə bağlı müxtəlif instansiyalara şikayət yazıb. DİN-nin Baş İstintaq və İdarəsindən ona ünvanlanan, 20.10.2019-cu il tarixli məktubda bildirilib ki, oğlunun bıçaqlanma faktına görə İmişli RPŞ-də başlanmış cinayət işi üzrə Umudvar Məmmədova CM-nin 126.1 maddəsi ilə ittiham olunduğu və 01 oktyabr,2019-cu il tarixdə ,cinayət əməlinin 29, 120.1-ci maddəsinə töfsif edilərək işin araşdırılması üçün İmişli Rayon Prokurorluğuna göndərilməsi qeyd olunub.
Maraqlı hadisə bundan sonra başlayıb. İmişli prokurorluğu əli bıçaqlı şəxsləri yox, məhz bıçaq yarası almış Anar Surxayzadəni həbs edir.
İmişli rayon prokurorluğunda 2019-cu ilin əvvəlində qətlə yetirilmiş Validə Məmmədovanın qətl hadisəsi ilə əlaqədar cinayət işi üzrə Anar Surxayzadə barasində CM-nin 307.3 maddəsi ilə cinayət təqibi həyata keçirir və həmin maddə ilə ona yekun ittiham elan edir.
23 noyabr, 2019-cu ildə Anar Surxayzadə barəsində həbs qəti imkan tədbiri seçilir.
Hazırda o Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
Füzuli Astanov deyir ki, həmin iş üzrə adları çəkilən diğər şəxslər, o cümlədən zərərçəkmişlər də Anarın heş bir təqsirinin olmadığı barədə məlumatlıdırlar.
Umudvar Məmmədova niyə azadlıqdadır?
Maraqlıdır, rayon prokurorunun olayla bağlı mə şəxsi mövqeyi ola bilər, niyə bıçaqlanan şəxs həbsdə, onu dğrayıb öldürmək istəyənlər azadlıqdadır?
Füzuli Astanov isə deyir ki, azadlıqda gəzən cinayətkarlar onu və ailəsini açıqca ölümlə təhdid edir. Buna görə prezident İlham Əliyev, baş prokurir Zakir Qaralovdan kömək istəyir.
İmişlidə rayon prokurorluğunun qarşısındakı aksiya məhz həmin məqamla bağlıdır.
Həm dəUmudvar Məmmədov tək olmayıb, bəs o Anarı bıçaqlayan, atasını döyən o biri şəxslərə niyə ittiham irəli sürülməyib?