Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücü ifşa olunub.
Mozalan.az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.
Belə ki, Bakı-Yevlax avtomobil yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində şəhər sakini Orxan İsmayılovun idarə etdiyi "VAZ" markalı avtomobil Alayın VI taqımının əməkdaşları tərəfindən görülən nəzarət-profilaktik tədbirlər çərçivəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib və fakt öz təsdiqini tapıb.
Bununla bağlı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Orxan İsmayılov təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilib.