Dec 09

Türkiyədə hərbi helikopter qəzaya uğradı: Dörd əsgər şəhid oldu

Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Mozalan.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.

Isparta valisi Abdullah Erinin sözlərinə görə, hadisə nəticəsində dörd əsgər şəhid olub, bir personalın isə axtarışlarına başlanılıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.

Isparta bələdiyyə sədri Şükrü Başdeğirmen məlumatı təsdiqləyib.

Bənzər xəbərlər

Gündəm

0.021163940429688