Jan 05

Gimnaziyanı ailə podratı ilə idarə edirlər-LƏNKARANDA

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse- prezident Mehriban xanım Əliyevanın həyata keçirtdikləri uşaqlara qayğı kompaniyasından hamımızın xəbəri var. Ölkənin ali rəhbərliyinin uşaqlara qayğısı içtimaiyyət tərəfindən daim alqışlarla qarşılanır. Lakin aşağıda oxuyacağınız qeydlərdə prezidentin bu siyasətini kimlərin və necə sabotaj etdiyinin şahidi olacaqsınız.

 

 

Bir müddət əvvəl Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi adı dəyişdirilərək  “Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya” oldu.

 

Gördüyünüz kimi burada əlil uşaqlar təhsil alır. Hansılar ki, diqqət və qayğıya daha çox ehtiyac duyurlar.

Əslində sənədlərdə burada ən azı 120 uşağın təhsil aldığı qeyd edilir. Reallıqda isə bunun yarısı olar ya olmaz. Yəni kağız üstə təhsil alan uşaqlar üçün ayrılan vəsait direktorun cibinə gedir.

Direktor 68 yaşlı Mehriban Cəfərovadır. Təqaüd yaşı çatsa da postunu təhvil vermək niyyətində deyil. Ailə üzvlərini də “internat biznesə” cəlb edib. Həyat yoldaşı Namiq bütün təsərrüfat işlərini öhdəsinə götürüb. Niyə? Ştatda adı olmayann adam niyə təsərrüfat işlərinə cəlb olunub?

Mehriban Cəfərova əvvəlllər 6 saylı məktəbdə direktor olub. Hazırda 6 saylıda doğma qızı çalışır.

Üstəlik qızı məktəbdən əlavə gimnaziyada da dərs deyir. Bunu necə çatdırır, sual altındadır.

Ardı var

Bənzər xəbərlər

Gündəm

0.58754897117615