Dec 04

Rusiya XİN: "Suriya ilə bağlı Türkiyə və İranla sıx əlaqə saxlayırıq"

"Moskva Suriya ilə bağlı Türkiyə və İranla sıx əlaqə saxlayır".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bəyan edib.

Diplomat Suriyada baş verən son hadisələrə münasibət bildirib. XİN sözçüsü SƏR-də çox sayda xarici casusun olduğunu vurğulayıb və qeyd edib ki, onlarsız müxalif qüvvələr hücum etməyə cəsarət tapa bilməzdilər.

Zaxarovanın sözlərinə görə, Suriyada sülhün təminatçısı olan Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri bir-biri ilə sıx əlaqədədirlər.

Bənzər xəbərlər

Gündəm

0.030035972595215