Dec 02

Putin və iranlı həmkarı Pezeşkian Suriyada vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian telefon danışığı aparıblar.

Mozalan.az-ın "Vedomosti"yə istinadla xəbərinə görə, bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, söhbət Tehranın təşəbbüsü ilə baş tutub. Tərəflər Suriyada vəziyyəti və Rusiya-İran əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

"Suriyanın qanuni hakimiyyətinin konstitusion qaydanın və ölkənin ərazi bütövlüyünün bərpası üzrə fəaliyyətinə qeyd-şərtsiz dəstək ifadə olunub, həmçinin Türkiyənin iştirakı ilə "Astana formatı" çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.

Bənzər xəbərlər

Gündəm

0.059287071228027