Dec 02

Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu

Sankt-Peterburq polisi Yablonovski bağında həmyaşıdlarına atəş açmaqda şübhəli bilinən məktəbliləri saxlayıb.

Mozalan.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

Hadisədən əvvəl 16 yaşlı məktəbli internetdə öz həmyaşıdı olan qızla tanış olub. Onunla görüşə gələn oğlan bir qrup məktəbli ilə qarşılaşıb. Onlar özlərini qızın qardaşları kimi təqdim ediblər.

Daha sonra yeniyetmələr gənci diz çökdürüb, kamera qarşısında üzr istəməyə məcbur ediblər. Bundan sonra pnevmatik tapançadan onun ayaq və omba nahiyəsinə 27 dəfə atəş açıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıblar. Faktla bağlı quldurluq və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb.

Bənzər xəbərlər

Gündəm

0.01850700378418