Dec 02

Suriyada müxaliflər hava limanını ələ keçirdi

İdlib və Hələbdən sonra Suriyada müxalif qüvvələr Həmaya doğru irəliləyir.

Mozalan.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Müxalif Suriya Milli Ordusu (SMO) PKK/YPG-nin Təl-Rifat-Mənbic dəhlizinin qarşısını almaq üçün başlatdığı "Azadlıq Şəfəqi" əməliyyatını keçirir.

Təl-Rifata daxil olan SMO əsgərləri şəhərə nəzarəti ələ keçirib. Həmçinin, strateji əhəmiyyətli Menağ Hava Limanı da nəzarət altına keçirilib. Bu hadisələr regionda güc balansını müxalifətin xeyrinə dəyişir.

Digər tərəfdən, Rusiya döyüş təyyarələri silahlıların irəliləyişini dayandırmaq üçün Hələb və İdlibi bombalayırlar.

2020-ci ildə hökumət qüvvələrinin hücumlarından sonra müxalifət qüvvələri Həmanın şimalındakı bölgələrdən geri çəkilməli olmuşdu. İndi Astana razılaşması çərçivəsində onlar bu torpaqlara nəzarəti geri alırlar.

Bənzər xəbərlər

Gündəm

0.017735004425049