Tbilisidə etiraz aksiyalarında 50 nəfər saxlanılıb
Polis Tbilisidə noyabrın 30-dan dekabrın 1-dək keçirilən etiraz aksiyası zamanı 50 nəfəri saxlayıb.
Mozalan.az İnterfaks-a istinadən xəbər verir ki, onlardan 10-u zaminə buraxılıb.
Qeyd olunur ki, etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına tabe olmamaq, eləcə də xuliqanlıq ittihamı ilə saxlanılıb.
Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200 nəfərdən artıqdır.