Dec 01

"Şimal axını"nı partladanların kimliyi müəyyən edilib

Almaniya Baş Prokurorluğu "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı istintaq üzrə iki şübhəlini müəyyən edib.

Mozalan.az xəbər verir ki, bunu Almaniyanın baş prokuroru Yens Rommel "Der Spiegel" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ çox işlər görülməlidir.

"Digər iştirakçıların şəxsiyyəti, cinayətin motivi və xüsusən də dövlətin əməliyyatda mümkün iştirakı məsələsi davam edən təhqiqatın predmetidir", - Almaniyanın baş prokuroru vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.018738985061646