Dec 01

Suriyada Hələbdən sonra İdlib də müxalifətin nəzarətinə keçdi

Suriyada hökumət ordusu ilə ilə müxalif silahlı qruplar arasında qarşıdurmalar davam edir.

Mozalan.az "Haber Global"-a istinadən məlmat verir ki, hökumət qüvvələri Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla, bəzi strateji nöqtələri PKK/YPG terror təşkilatının nəzarətinə buraxaraq geri çəkilib.

Bununla yanaşı, müxalif qüvvələr paytaxt Dəməşqi Hələblə birləşdirən magistral yol üzərində yerləşən İdlibin ən böyük rayonu Marat ən-Numan rayonuna, bölgədəki kəndlərə və "Vadi əl-Daif" düşərgəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

Məlumata görə, Marat əl-Numanın ələ keçirilməsi ilə bütün İdlib müxalifətin nəzarətinə keçib.

Bənzər xəbərlər

Gündəm

0.019060850143433