ABŞ-də milyonçu cütlüyün cəsədləri 44 il sonra tapıldı
ABŞ-də 44 il əvvəl yoxa çıxmış bir cütlüyə aid olduğu güman edilən insan qalıqları aşkar edilib.
Mozalan.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Ötən həftə hüquq-mühafizə orqanları Corciya ştatının Qlenn bölgəsindəki bir gölməçədə 1978-ci il istehsalı "Lincoln Continental" avtomobilinə bənzəyən batmış nəqliyyat vasitəsini aşkarlayıblar. Neft şirkətinin keçmiş rəhbəri Çarlz Romer və həyat yoldaşı Ketrin məhz bu avtomobildə səyahət edirdilər. Cütlük 1980-ci ildə müəmmalı şəkildə yoxa çıxıb və bundan sonra genişmiqyaslı axtarışlar təşkil olunub.
Versiyalardan birinə görə, cütlük hoteldə qaldıqdan sonra avtomobillə ətrafı gəzmək qərarına gəlib, lakin bir daha geri qayıtmayıb.
44 il sonra hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxslərin qalıqlarını tapa biliblər.