Malayziyada 37 000-dən çox insan təxliyə edilib
Malayziyada güclü daşqınlar səbəbindən 37 mindən çox insan təxliyə edilib.
Mozalan.az-ın məlumatına görə, bu barədə krallığın Baş naziri Ənvər İbrahim bildirib.
"Altı ştatda daşqınlardan zərər çəkənlərin sayı 11 385 ailə olmaqla 37 189 nəfərə çatıb", - deyə nazir qeyd edib.
Təbii fəlakət Malayziyanın altı ştatını - Kelantan, Trenqanu, Kedah, Perlis, Cohor və Perakı əhatə edib. Zərərçəkənlər üçün 322 müvəqqəti təxliyə mərkəzi təşkil edilib.