Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır
Almaniya Rusiyanın "Birinci kanal"ının ölkədəki bürosunu bağlayacaq.
Mozalan.az TASS-a istinadən xəbər verir ki, məlumatı "Birinci kanal"ın rəhbərliyi də təsdiq edib.
"Dekabrın 15-dək mən və Dmitri Volkov Almaniya ərazisini tərk etməliyik", - kanalın efirində İvan Blaqoy deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq məsələ ilə bağlı mövqe də bildirib. O, "Birinci kanal"ın Almaniya hökuməti tərəfindən qapadılmasına cavab veriləcəyini açıqlayıb.