Cənubi Amerikada dəniz fillərinin koloniyaları məhv oldu: Virusun insana keçmə təhlükəsi yaranıb
Cənubi Amerikada son H5N1 quş qripi epidemiyası nəticəsində 17 mindən çox dəniz fili tələf olub. Genetik analiz göstərir ki, əvvəllər yalnız quşlardan məməlilərə keçən virus indi dəniz məməliləri arasında yayılmaq və insandan insana keçmək qabiliyyəti nümayiş etdirir.
Mozalan.az-ın mk.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə yerli mütəxəssislər xəbərdarlıq ediblər.
Ekspertlərin sözlərinə görə, H5N1 virusu artıq bir neçə dəfə müxtəlif məməli növləri arasında ötürülmə qabiliyyəti göstərib. Virus 2022-ci ildə İspaniyada su samurları arasında aşkar edilib və bu, heyvanların kütləvi məhvinə səbəb olub.
Son araşdırma təsdiq edir ki, H5N1-in yeni variantı, həmçinin insandan məməlilərə keçə bilər. Tədqiqatçılar qeyd edirlər ki, virus məməlilərin immun sisteminə uyğunlaşır və bu ciddi narahatlıq doğurur.
"Virus artıq azı iki dəfə aralıq məməliləri yoluxdurduğu üçün bunun təkrarlanma ehtimalı yüksəkdir", - deyə epidemioloqlar bildiriblər.
Heyvanlardan insanlara keçən viruslar ciddi xəstəliklərə səbəb ola və potensial olaraq 1918-ci il "İspan qripi" kimi pandemiyaya gətirib çıxara bilər.
Ekspertlər hakimiyyət orqanlarını təhlükəyə ciddi yanaşmağa və virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər hazırlamağa çağırırlar.