Nov 10

Çinin yeni hiperkarı sürət rekordu qırdı

"BYD Auto"dan yeni "Yangwang U9" elektrohiperkarı Çin avtomobilləri arasında yeni sürət rekordu müəyyənləşdirib.

Mozalan.az-ın məlumatına görə, bu barədə Çinin "Autohome" nəşri xəbər verib. Almaniyanın Papenburq şosesində avtomobil 391,94 km/saat sürətlənib.

Beləliklə də, "Yangwang U9" eyni avtomobilin avqustda müəyyən etdiyi əvvəlki rekordu 16,82 km/saat sürətlə üstələyib.

Xatırladaq ki, elektromobillər arasında rəsmi sürət rekordu iyunda 438,7 km/saat sürətlənən "Aspark Owl SP600" modelinə məxsusdur. Bütün avtomobillər arasında rekord isə 2017-ci ildə 447,19 km/saat nəticə ilə "Koenigsegg Agera RS"ə aiddir.

Çinin yeni hiperkarı sürət rekordu qırdı

Çinin yeni hiperkarı sürət rekordu qırdı

Bənzər xəbərlər

Gündəm

0.028746128082275