Nov 05

Trampın yüz minlərlə dollar borcu olduğu üzə çıxdı

ABŞ-də prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası bəzi şəhərlərdə keçirilən mitinqlərə pul ödəməyib.

Bu barədə Mozalan.az "ABC News" telekanalına istinadən xəbər verir.

"Trampın kampaniyasının mitinqlərdən sonra bəzi şəhərlərdə on minlərlə ödənilməmiş hesabı qalır", - deyə məlumatda bildirilib.

Telekanalın məlumatına görə, prezidentliyə namizəd Texas ştatının El-Paso şəhərinə təqribən 569 min dollar, Nyu-Meksikodakı Albukerkeyə təqribən 445 min dollar, Arizonanın Tukson şəhərinə isə təxminən 145 min dollar borclanıb.

Həmçinin Trampın 98 min dollar borcu olduğu Pensilvaniya ştatının Eri şəhərində və Viskonsin ştatının O-Kler və Qrin-bey şəhərlərində siyasətçinin kampaniyasına böyük məbləğlər ödənilir ki, bu istiqamətdə borcların məbləği müvafiq olaraq 47 min və 33 min dollar təşkil edib.

Bildirilir ki, adıçəkilən şəhərlər məhkəmə yolu ilə xərclərin ödənilməsini tələb edəcəklər. Belə ki, bəzi hallarda Trampın ödənilməmiş borcları 2016-cı ildəki seçki kampaniyası dövründən bugünədək davam edir.

Qeyd olunur ki, ABŞ-nin bir neçə şəhərinin administrasiyası Trampın mitinqlərinin keçirilməsi xərclərini ondan almamağa qərar verib. Xüsusilə Nyu-Meksiko ştatının Rio-Ranço şəhəri siyasətçiyə 240 min dollarlıq borcunu bağışlayıb.

Bənzər xəbərlər

Gündəm

0.026472091674805