Nov 17

"Ölkədə bütün danaları kəssən 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."

Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı dünən Moderator.az-a açıqlamasında etiraf edib ki, ciddi verilişlər hazırlayanda tamaşaçı qıtlığı yaşandığından məcbur qalaraq istəmədən qeyri-ciddi verilişlər hazırlamalı olur.
 
Həmin açıqlama bu linkdə: https://www.moderator.az/news/297891.html
 
Görəsən, niyə tamaşaçıə ciddi verilişlərə baxmır? Eyni vəziyyət saytlardadır. Rəqsanəyə, Röyaya, Pərvinə, Damlaya sərgilənən oxucu marağı Trampa, Ərdoğana, Putinə maraqdan min qat artıqdır.
 
 
Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında cəmiyyətin ən yaralı mövzusuna orijinal münasibət sərgiləyib:
 
"Ümumiyyətlə bizim televiziya məkanında baş verənlər şadlıq evlərində baş verənlərlə tam üst-üstə düşür. Adamları səslə, yeməklə, ödəniş məbləği ilə, fonoqramla toy məclislərində necə aldanırlarsa, kütləvi şəkildə könüllü aldanmaq istəyən insan sürüsünün tələbləri ilə bu təklif təzad təşkil etmir. Cəmiyyətin böyük əksəriyyəti ciddiliyini itirmiş, vaxtı yola verməklə məşğul olan, bayağılıq mühitində düşüncəni yaxına buraxmayan bir xarakteri mənimsəyib. Doğrudan da ona hansı ciddi verilişi verəsən ki, sözlərin, fikirlərin üzərində düşünsün? Sadəcə düşünməyə nifrət edən çoxluq var, televiziya da bu siyasəti məhz onların tələbatına görə yürüdür. Hamı bilir ki, artıq Xəzərdən balıq nadir hallarda tutulur, girən kimi toyda soruşur ki, yaxşı balığın var? Hamı bilir ki, araqlar xüsusi sexlərdə doldurulub firma adı ilə toy müştərilərinı sırınır. Yenə də soruşur ki, yaxşı arağın var? Ölkədə bütün danaları kəssən 10 Şadlıq evinin tələbatını ancaq ödəyər, minlərlə şadlıq evində, minlərlə restoranda it ətindən, eşşək ətindən dana basdırması adı ilə nəyi versən, ləzzətlə yeyəcəklər. Televiziyaların, şadlıq evlərinin heç birinin burada suçu yoxdur, müğənni neyləsin ki, hansısa axmaq bir-iki saatına onun fonoqram oxumasına 10-15 min manat pul ödəyəcək, imtinamı etməlidir?  Azərbaycanda sənətin, ədəbiyyatın, elmin elitarlığı çoküb, il ərzində yalnız beş-on tədbiri xatırlaya bilirsən ki, bayağılıqdan uzaq bir sənət, ədəbiyyat mühitində bir neçə saat zövqlə oturmusan. Ötən gün Muğam Mərkəzində Azərbaycanın ustad tarzəni Əkrəm Məmmədlinin 75 illik tədbirində gözəl bir sənət gecəsi yaşadıq. Bu mahir tar ifaçısının, 14 muğamı, 94 yallını nota köçürmüş bir şəxsiyyətin sonuncu dəfə aldığı ad bilirsiniz nədir? 1974-cü ildə Naxçıvan MSSR Əməkdar Mədəniyytət işçisi! Süleyman Abdullayev, Akif İslamzadə kimi dəyərli sənətkarlarımız indi dinməyə də qorxurlar, layiqsiz xalq artisti adını daşıyanlar yığışıb başlarını yararlar e...Elmdə də belədir. Özü dissertasiyasını, məqaləsini yazan akademik, professor, fəlsəfə doktoru görəndə sevinirsən ki, bu ağ qarğa kimi məmləkətimizə haradan peyda olub? Ona görə də televiziyalar da, şadlıq evləri də  bu cəmiyyətin çoxluğunun tələbinə uyğun davranmaqda haqlıdırlar".

Bənzər xəbərlər

Gündəm

0.79700899124146