İranda zəlzələ: Xəsarət alanların sayı artdı
İranın Simnan əyalətinin Gərmsar şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 24 nəfərə çatıb.
Mozalan.az "Azad İran"a istinadən xəbər verir ki, onların bir çoxu əsəb gərginliyindən əziyyət çəkir. Hazırda üç nəfər xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Gərmsar şəhərində qeydə alınan zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə olub.
İranın şimalında Germsar şəhəri yaxınlığında baş verən 4,6 bal gücündə zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Mozalan.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bütün zərərçəkənlərin yüngül bədən xəsarətləri aldığı qeyd edilir. Agentlik, həmçinin zəlzələ nəticəsində şəhərdə bəzi abonentlərin elektrik enerjisinin və internetinin kəsildiyini bildirib.
Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təxminən 49,4 min insanın yaşadığı Germsardan 5 km şimal-şərqdə 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.