Azerinfo.az-ın ünvanına Ağdam rayon sakinlərindən müraciət daxil olub.
Şikayətçilər bildirir ki, icra başçısını tikinti üçün ayırdığı yerlərdə ağaclar məhv edilir.
Göndərilən videodakı yer Quzanlı qəsəbəsi, “Muğam Mərkəzi”nin yanıdır. Tikilən yeni obyektin qarşısındakı ağaclarının dibinə beton tökülüb. Bir müddətdən sonra bu yaşıllıqlar quruyacaq.