Nov 14

Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun övladları- nazirin böyük oğlu olan Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. Tale Heydərov hazırda Avropada-İngiltərədə yaşayır. Nazirin kiçik oğlu Nicat Heydərov “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin oğlu Murad Quliyev aktyor kimi fəaliyyət göstərir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan ZQAN Holding-in Müşahidə Şurasının sədridir. Nazir oğlu həm də "Azərbaycan – Amerika Alyansı"nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur. Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Ziya Məmmədovun qızı Nigar xanım Konservatoriyanı bitirib, mədəniyyət sahəsində çaılışır. Əldə etdiyimiz məlumata görə, musiqiçi olan Nigar Məmmədova atası haqqında bir mahnı da bəstələyib.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Keçmiş prezident Administrasiyasının rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir. O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir qızı və bir oğlu var. Oğlu Şamxal Həsənli “Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhum Murtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Sabiq təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DİN-in Narkotiklə Mübarizə İdarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. İ.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur.
Pərviz Şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Keçmiş vergilər naziri Fazil Məmmədovun qızını Selcanxatun ailə holdinqi kimi tanınan "Synergy Group" Şirkətlər Qrupuna rəhbərlik etdiyi bildirilir. Nazir qızı Londonda yaşayır və orada bizneslə məşğuldur.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLAR



Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Nazirin oğlu Arif Rəhimov "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in "Qran Pri" yarışının təşkilatçısıdır.


Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur?-SİYAHI –FOTOLARbig.az

Bənzər xəbərlər

Gündəm

0.029670000076294