Nov 01

Maskın şirkətində işə düzəlmək üçün 500 məktub göndərən şəxs arzusuna çatdı

Hindistanlı mühəndis İlon Maskın "Tesla" şirkətinə 500-ə yaxın məktub göndərərək orada işə düzəlib.

Mozalan.az xəbər verir ki, o, bu barədə "Mint" nəşrinə müsahibəsində məlumat verib.

Druv Loya ilk dəfə beynəlxalq proqram çərçivəsində tələbə kimi ABŞ-yə gedib. Məzun olduqdan sonra Loya bir neçə IT şirkətində təcrübə keçib, lakin buna baxmayaraq o, iş tapa bilməyib. Gənc mühəndis beş ay ərzində dostlarının evində gecələyib, sosial sığortası olmadan və vizasının vaxtının bitəcəyinə görə deportasiya olunmaq qorxusu ilə yaşayıb.

Çıxılmaz vəziyyətdə qalan Loya hər nə olursa-olsun milyarder İlon Maska məxsus, "Tesla" şirkətində işə düzəlməyi qərara alıb. O, 300-dən çox vakansiyaya müraciət edib, şirkətin müxtəlif şöbələrinə təxminən 500 məktub göndərib və beş ay ərzində 10-a yaxın müsahibədə iştirak edib. Nəhayət, onun səyləri nəticə verib: o, şirkətdən təklif alıb və texniki dəstək üzrə mütəxəssis kimi işə başlayıb.

Bənzər xəbərlər

Gündəm

0.043799161911011