Oct 30

Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni təyinatlar olub.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Belə ki, əmrlə Sənan Famil oğlu Mənsimli Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub. Buna qədər S.Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar İsrəfil oğlu Dadaşova həvalə edilib.

Digər əmrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Rafik oğlu Məcidov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Mozalan.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Bənzər xəbərlər

Gündəm

0.079808950424194