Oct 30

"Porsche" ilk dəfə kabriolet tipli modelini təqdim etdi

"Porsche" şirkəti "911 Carrera T" modelinin yeni versiyasını təqdim edib.

Mozalan.az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.

Avtomobil əvvəlki kimi mexaniki sürətlər qutusu ilə idarə olunur, daha yüksək sürət yığır və ilk dəfə kabriolet kuzovu ilə istehsal edilib, lakin yeni model əvvəlkindən bir qədər ağırdır.

Yeni "911 Carrera T"nin çəkisi 1 478 kiloqramdır ki, bu da standart "Carrera"dan 40 kiloqram azdır. Eyni zamanda, 2022-ci ildə təqdim edilən əvvəlki nəsil modelin çəkisi daha da az idi - 1 470 kiloqram.

Yeni məhsul 290 kVt (394 at gücü) hasil edən üç litrlik altı silindrli mühərriklə təchiz edilib. Mühərrik altıpilləli mexaniki sürət qutusu ilə komplektasiya edilib və gücü arxa təkərlərə ötürür.

Standart "Sport Chrono Package" ilə avtomobil 100 km/saat sürəti 4,5 saniyəyə yığır (kabrioletə bunun üçün 4,7 saniyə lazımdır). "Porsche 911 Carrera T"nin maksimal sürəti 295 km/saat, "911 Carrera T Cabriolet"in isə 293 km/saatdır. Əvvəlki "911 Carrera T" modeli maksimum 291 km/saat sürəti yığırdı.

Qeyd edək ki, daha əvvəl "Porsche" yeni "911 GT3" modelini təqdim edib ki, onun anonsu "911 GT3"ün ilk versiyasının debütünün 25-ci ildönümünə həsr olunub.

Bənzər xəbərlər

Gündəm

0.050067186355591