Nov 07

“Ay bədbəxt oğlu, heç nəyin yoxdur...”

Arzuxan Əlizadə: “Sualı təşkilatçıların cavablandırması daha doğru olar”
 
Noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirilən dəyirmi masaya ölkənin müxalif qüvvələrinin böyük kəsiminin dəvət olunmaması ciddi şəkildə müzakirə olunur.
 
Dəyirmi masadan kənarda qalan bəzi partiyaların mövqeyini aldıq.
 
ADP sədri Sərdar Cəlaloğlu sərt danışdı: “Dəvət olunmamağımdan qətiyyən narazı deyiləmDəyirmi masada iştirak edənlər istisnasız olaraq, hakimiyyətdə olmuş, sonradan hakimiyyətdən uzaqlaşdırılmış insanlardır, Əli İnsanov da daxil olmaqla. Orada hakimiyyətdə olmamış heç kəs yoxdur. İlqar Məmmədov gəlsəydi, yalnız o istisna olardı. İmkan vermək lazımdır ki, bu revanşist qüvvələrin birliyi Azərbaycan cəmiyyətini hara qədər apara bilər. Düşünürlərsə ki, Azərbaycan xalqını ağ günə çıxa bilərlər, yalnız bu xalqın maraqlarını həqiqi ifadə edirlər, buyursunlar. Qısqanclıq nümayiş etdirmək lazım deyil. Şəxsən mən digər siyasi qüvvələrə də təklif edirəm ki, bunların qərarlarının hamısını biz də qəbul edək, bunları Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələri kimi sayaq və deyək ki, buyurun, bizə rəhbərlik edib, bizi irəli aparın. Onlar funksional əməkdaşlıqdan danışırlar. Bu gün xalq müxalifətdən birlik gözləyir, amma onlar birləşmək istəmirlər. Elə bir model tapıblar ki, guya xalqa görə birləşirlər görüntüsünü verə bilsinlər.
 
Əslində bu belə deyil. Bu toplantı onu göstərdi ki, orada olan liderlərin tərəfdarları arasında çox böyük ziddiyyət var. Elektorat bu birliyi qəbul etsəydi, bəlkə effektli olardı. Amma bunun olmadığı göz önündədir. Ay bədbəxt oğlu, heç nəyin yoxdur, funksional əməkdaşlıqdan danışırsan. Guya sən o qədər nəhəng gücə, potensiala maliksən? Bir sözlə, onların siyasi oyunları davam edir. İmkan verək ki, hakimiyyət hərisliklərini realizə edib xalqı irəli aparsınlar. Gözləyək görək, nə edəcəklər”.
 
Tural Abbaslı ile ilgili görsel sonucu
“Yeni Müsavat”a bunları dedi: “Hansısa bir partiya dəyirmi masa keçirəndə durub reaksiya verə bilmərik ki, bizi niyə dəvət etməmisiniz? Özləri bilərlər. Onlara uğurlar arzulayırıq”.
 
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə: “Görüşə AMİP-in və ölkə gündəminə təsir etmək imkanları olan digər siyası təşkilatların və ziyalıların hansı səbəbdən dəvət olunmaması ilə bağlı sualı hesab edirəm ki, təşkilatçıların cavablandırması daha doğru olar. Mövcud formatın seçilməsi ilə bağlı şəxsən mənim əsaslı qənaətim və bəzi ehtimallarım var. Lakin hələlik bu barədə fikirlərimi ictimailəşdirməməyi tərcih edirəm. Növbəti belə görüşə dəvət alarıqsa, heç şübhəsiz ki, iştirak edib-etməməklə bağlı məsələ partiyanın müvafiq qurumunda müzakirə olunduqdan sonra qərar veriləcək. AMİP olaraq hesab edirik ki, ictimai diqqət cəlb edən dəyirmi masa və ya başqa bir adla adlandırılmasından asılı olmayaraq istənilən toplantıda iştiraka ciddi yanaşmaq lazımdır.
 
Arzuxan Əlizadə ile ilgili görsel sonucu
Yaxın keçmişimizin acı təcrübəsindən çıxış edərək deyə bilərəm ki, bir çox hallarda belə müzakirələrin nəticəsi olaraq yaranan əməkdaşlıq çox keçmədən ən yaxşı halda qarşılıqlı ittihamlarla sonuclanır. Xüsusilə də hər seçki öncəsi AXC və Müsavat partiyalarının birgə əməkdaşlığının ardından hər iki partiya funksionerlərinin mətbuatda və sosial şəbəkələrdə bir-biri ilə amansız savaşının şahidi olmuşuq ki, bu da təəssüflər olsun ki, ümumilikdə ictimai fikirdə müxalifət düşərgəsinə inamsızlıq yaratmaqla yekunda seçkilərin nəticələrinə təsirsiz ötüşmür. Eyni zamanda bir daha bildirmək istəyirəm ki, AMİP qrupun maraqlarına deyil, ictimai maraqlara xidmət edən istənilən toplantıda müzakirələr aparılmasının tərəfdarıdır və ölkədə fəaliyyət göstərən sağlam siyasi təşkilatlarla əməkdaşlığa hazırdır”.
 
Əvəz Temirxan ile ilgili görsel sonucu
“Liberal Partiyanın və Lalə Şövkətin müxalifətin dialoquna dəvət edilməməsini şərh etmək istəmirik. Bu, hər kəsin öz işidir. Amma partiyamızın adından hər kəsə uğurlar arzulayıram”. Bunu reyting.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan müxalifətin dünən keçirilən tədbirinə dəvət olunmamalarına münasibət bildirərkən deyib.
 
Partiya sədrinin sözlərinə görə, cəmiyyətin, millətin və dövlətin inkişafı üçün mütləq müxalifətin müəyyən hissəsi sağlam, savadlı, ardıcıl şəkildə birlikdə olmalıdır.
 
ALP-nin özünün müxalifətin birliyində iştirakda maraqlı olub-olmadığına gəldikdə, Ə. Temirxan xatırladıb ki, onların birləşmə və sonradan yarı yolda qalmaq təcrübəsi çoxdur: “Bizim düşüncəmizə görə ölkə müxalifəti məhz ALP-nin birlik konstruksiyasında iştirakını hiss edərsə, o zaman müzakirə aparmaq olar. İndi yox, çünki indi hələ çox tezdir. Bununla belə, biz müxalifətin müəyyən kəsiminin birlik axtarışını alqışlayırıq”.
 
Əli İnsanovun müxalifətin birlik formatında iştirakı və buna görə sosial şəbəkələrdə ciddi tənqid edilməsini normal sayan ALP sədri hesab edir ki, insanlar müxtəlifdir: “Hamının xoşuna gəlmək mümkün deyil. Mən də sosial şəbəkələrdən görürəm ki, İnsanovun bu formatda olmasına etirazlar var. Əslində iki Əli İnsanov var. Bir keçmiş, 2005-ci ilə qədər olan İnsanov var, bir də ondan sonrakı İnsanov. İnsanları keçmişinə görə tənqid etmək lazımdır. Amma ”Sən müxalifətdə ola bilməzsən", - anlayışı doğru deyil".

Bənzər xəbərlər

Gündəm

0.042694091796875