Ərdoğan terror aktına görə Kazana səfərini yarımçıq qoyur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammiti üçün Rusiyanın Kazan şəhərinə səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər saatlarında Türkiyəyə qayıdacaq.
Mozalan.az xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, dövlət başçısı hələ oktyabrın 24-də görüşlər keçirəcəyini planlaşdırırdı, lakin Ankarada baş verən terror aktı ilə əlaqədar Kazanı vaxtından əvvəl tərk edəcək.
"TRT" televiziyası Ərdoğanın sammit münasibətilə təşkil edilən təntənəli qəbul mərasimində iştirak etməyəcəiyini bildirib.