İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib
"Tehran İsrail İran ərazisinə hücum edəcəyi təqdirdə cavab zərbəsi endirmək üçün İsraildəki hədəfləri artıq müəyyən edib".
Mozalan.az "Press TV" kanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"İrana hər hansı hücum qırmızı xətti keçməkdir", - Əraqçı bildirib.
Nazir əlavə edib ki, İran nüvə obyektlərinə hər hansı hücuma və ya buna bənzər basqınlara lazımi cavab verəcək.
Bundan əlavə, Əraqçı Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ Körfəz ölkələrini bürüyə biləcək böyük bir münaqişəyə cəlb oluna bilər.
Daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu İsrailin İrana zərbə endirməyə hazırlığının müzakirə oluna biləcəyi toplantı üçün təhlükəsizlik kabinetini toplayacağını bildirmişdi.