Britaniyada mindən çox cinayətkar azadlığa çıxacaq
Böyük Britaniyada mindən çox cinayətkar həbsxanalarda yer çatışmazlığı səbəbindən vaxtından əvvəl azadlığa çıxmağı planlaşdırır.
Mozalan.az-ın xəbərinə görə, bu barədə Britaniyanın ITV kanalı məlumat yayıb.
Sentyabrda eyni səbəbdən 1700 məhbus şərti azadlığa buraxılıb. Eyni zamanda, 40 cinayətkar səhvən azadlığa çıxıb - onlar sonradan həbsxanaya qaytarılıblar.
Daha 1100 məhbus gələn həftənin əvvəlində azadlığa buraxılacaq. Bu, çərşənbə axşamı, oktyabrın 22-də baş verəcək.