İsrail Yəhya Sinvarın öldürülməsi ilə bağlı ilkin məlumat yayıb
İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat nəticəsində aralarında HƏMAS siyasi bürosunun rəhbəri Yəhya Sinvarın da olduğu üç rəhbər şəxsin öldürülməsi ilə bağlı ilkin məlumat yayıb.
Mozalan.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.
"İsrail Müdafiə Ordusu (SAXAL) və İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) lazımi ehtiyat tədbirlərini nəzərə alaraq, əməliyyatları davam etdirirlər. Bu məsələ ilə bağlı rəsmi açıqlamanın axşam saatlarında dərc olunması planlaşdırılır", - məlumatda qeyd olunur.