Oct 16

ABŞ İsrailə ultimatum verdi

"Qəzza zolağındakı humanitar böhran noyabrın ortalarına qədər həll olunmasa, ABŞ İsrailə silah tədarükünü dayandıracaq".

Mozalan.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı ABŞ rəsmilərinin məktubuna istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ İsrailə açıq mesaj göndərib:

"Qəzza zolağındakı humanitar böhran bir ay ərzində həll edilməlidir. Əks təqdirdə silah embarqosu tətbiq edilə bilər".

Qeyd olunub ki, ABŞ administrasiyası Fələstin anklavında humanitar vəziyyətin pisləşməsindən narahatdır, Vaşinqton vəziyyətin dəyişdirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edir.

Bənzər xəbərlər

Gündəm

0.031439065933228