Oct 14

İndoneziyada seçkiyə müdaxilə edən fransızlar ölkədən deportasiya ediliblər

İndoneziyanın İmmiqrasiya Xidməti üç Fransa vətəndaşını regional regent postuna namizədin seçki kampaniyasına dəstək verdiklərinə görə ölkədən deportasiya edib.

Mozalan.az bu barədə "Jakarta Globe" nəşrinə istinadən xəbər verir.

İmmiqrasiya xidmətinin rəhbəri Açeh Həmdani bildirib ki, üç nəfər siyasi kampaniyada iştirak etməklə ölkə qanunvericiliyinin qaydalarını pozub.

Lakin İndoneziya hakimiyyəti fransızların dəstəklədiyi namizədin adını açıqlamayıb.

Bənzər xəbərlər

Gündəm

0.032490015029907