Oct 11

Bakıda avtomobillə 47 yaşlı qadını vurub öldürən vəzifəli şəxsə cəza verildi

Nərimanov Rayon Məhkəməsində bu il fevralın 18-də Koroğlu Rəhimov küçəsində törədilmiş ağır qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Nuridə Həsənovanın həyatını itirdiyi hadisəyə görə açılmış cinayət işi üzrə Respublika Olimpiya Mərkəzində müdir müavini olan 1980-ci il təvəllüdlü A.S. təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, A.S. "KIA Sportage" markalı avtomobillə yol hərəkəti qaydalarını pozub və yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarətlər alan qadın xəstəxanada vəfat edib.

Mərhumun yaxınları vəzifəli şəxsin onlara maddi dəstək olduğunu bildiriblər və təqsirləndirilən şəxsdən şikayətçi olmayıblar.

Nərimanov Rayon Məhkəməsi müdir müavinini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilərək məhkum edib.

O, 3 il azadlıqdan məhrum edilib. Əlavə olaraq sürücülük vəsiqəsi 1 il 6 ay müddətə məhdudlaşdırılıb. A.S.-nin cəzasını məntəqə tipli müəssisədə çəkməsi hökmdə qeyd edilib.

Bənzər xəbərlər

Gündəm

0.032571792602539