Oct 10

Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub

Quraq iqlimi ilə tanınan Saxara səhrası anomal yağışlarla üzləşib və bu, fəlakətli nəticələrə gətirib çıxarıb. Daşqın nəticəsində ən azı 20 nəfər həlak olub.

Mozalan.az-ın "Meduza"ya istinadla verdiyi məlumata görə, bu barədə Mərakeş və Əlcəzair hökumətlərinin məlumatlarından aydın olub.

Mərakeş Meteorologiya Baş İdarəsindən bildirilib ki, bu qədər qısa müddətdə bu qədər yağıntının düşməsi sonuncu təqribən 50 il qeydə alınmışdı.

Fəlakət regionun kənd təsərrüfatına ciddi ziyan vurub.

Eyni zamanda meteoroloqlar qeyd edirlər ki, bol yağıntılar son altı ildə quraqlığa görə tükənmiş yeraltı suların bərpasına kömək edəcək.

Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub

Saxarada son 50 ilin ən güclü daşqınları: 20 nəfər həlak olub

Bənzər xəbərlər

Gündəm

0.052832126617432