Oct 07

Ermənistan prezidenti: "İrəvan Bakı ilə sülh sazişi imzalamağa ümid edir"

"Ermənistan noyabrda Bakıda keçiriləcək COP-29-a qədər Azərbaycanla sülh sazişinin imzalana biləcəyinə ümid edir".

Mozalan.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan "Reuters" agentliyinə deyib.

"Ümid edirik ki, gec-tez bu məqam gələcək", - dövlət başçısı bildirib.

O, həmçinin Ermənistan və Türkiyə arasında quru sərhədlərinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına dair danışıqların uğurlu gedişini açıqlayıb.

"Bu, dövlətlər arasında həqiqi diplomatik münasibətlərin reallığa çevrildiyinə işarədir", - deyə prezident bildirib.

Bənzər xəbərlər

Gündəm

0.79421305656433