Biznesmen hakim qanunları saymır –Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi haqda ŞOK FAKTLAR
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyeva Kəmalə Misirxan qızı cənab
Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, Sumqayıt
Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafari tərəfindən yaradılan problemin
həllində köməklik istəmişdir.
Xanım Əliyeva bildirir ki, keçmiş həyat yoldaşı Eldar Əliyev iş adamı olmuşdur, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə
əvvəllər vəkil işləyən Səyyad Qafari ilə aralarında münasibət yaranmışdır.
Sonradan bu əlaqələr dostluğa çevrilib. Indi isə tərəflər əmlak üstündə bir -birlərini
məhkəməyə vermişdir. 15 illik dost, həcc yoldaşı və Yasamalda yerləşən obyekt üzrə
şərikli iş görən şəxslər indi məhkəmədə çəkişirlər. Təkcə onu demək kifayətdir ki,
Kəmalə Əliyevanın oğlu, Sumqayıt Apellyasiya məhkəməsində hakim Səyyad Qafarinin
Yanında işləmşdir.
Hakim Səyyad Qafari ilə olan əmlak mübahisəsi barədə elektron informasiya
vasitələrində və sosial şəbəkələrdə yazılar verilmişdir. Hazırda tərəflər arasında çəkişmə
daha da gərginləşib və iş üzrə yeni hallar ortaya çıxıb. Belə ki, hakim Səyyad Qafari
Eldar Əliyevi onun malını qəsb etməkdə günahlandıraraq, hüquq mühafizə orqanlarına
şikayət etməklə xəbərdar edib və bu vəziyyət davam edərsə başı ağrayacağı ilə hədələyib.
Belə ki, prokurorluq orqanlarına edilən şikayətdən sonra, Eldar Əliyev polis bölməsinə
dəvət edilərək, izahatı alınıb. Eldar Əliyev isə bildirir ki, şərikli olan obyektə çəkilən
xərcin yarı hissəsi Səyyad Qafari tərəfindən ödənməzsə, onun obyektə iddiası ola bilməz.
Lakin qarşı tərəf bununla razılaşmır və tələb edilən 200 min manat pulu vermədən,
obyektin yarı hissəsinə şərik olduğunu bildirir.
Azərbaycan qanunları hakim vəzifəsinə təyin edilmiş şəxsə kommersiya fəaliyyəti
ilə məşğul olmağı qadağan etdiyinə görə, hakim Səyyad Qafari qardaşı Seyran Qafarinin
adı altında öz biznes fəaliyyətini qurmuşdur. Onun bu fəndi öz şəxsi əmlaklarını
qohumları olan başqa-başqa şəxslərin adına almasında da özünü göstərmişdir.
Hakim Səyyad Qafarinin, keçmiş dostu Eldar Əliyevə qalib gəlmək üçün
düşündüyü fəndlər öz əmlaklarını başqa şəxslərin adına rəsmiləşdirməklə bitmir. Belə ki,
o, hazırda rəsmi nikahda olduğu Aybəniz Əsədova ilə məhkəmə qaydasında boşanaraq,
həm birgə nikah dövründə əldə edilən əmlakı bölərək, nisbətən azaldılmasına, həm də,
qayınatası, respublikada nüfuzlu hüquq alimi olan Bağır Əsədovun hazırki vəziyyətdə
narahatlıq keçirməsinin qarşısının alınmasına çalışır. Belə ki, Eldar Əliyev Bağır əmi
dediyi ağsaqqal ilə dəfələrlə bu barədə danışmış, kömək istəyərək, dostlar arasında
münasibətlərin mal-mülk üstündə pozulmamasına dəstək olmasını xahiş etmişdir.
Əvvəllər Bağır müəllim Eldar Əliyevə demişdir ki, narahat olma, hər şey yaxşı olacaq.
Sonra isə bu məsələ və ümumiyyətlə kürəkəni olan hakim Səyyad Qafarinin işlərinə
qarışmadığını bildirmişdir. Bu istiqamətdə ağsaqqal tənzimləməsinə ehtiyac duyan Eldar
Əliyev, hətta İsmayıllı rayonu, Lahıc qəsəbəsinə gedərək, Bağır müəllimdən münaqişəyə
kritik müdaxilə etməsini, tərəfləri barışıq masasına oturtmasını xahiş etsə də, Bağır
müəllim müsbət fikir deməmişdir.
Lakin birmənalı olaraq görünür ki, bütün situasiya Bağır Əsədovun diqqətindədir.
Eldar Əliyev bildirir ki, hakim Səyyad Qafari hələ Nəsimi rayon məhkəməsində işləyən
zaman hər bir vaxt qayınatası Bağır müəllim ilə məsləhətləşir, onun dəyərli fikirləri
əsasında lazım olan qanunu tətbiq etməklə, qətnamələr qəbul edirdi.
Bundan əlavə işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda hakim Səyyad
Qafari arvadı Aybəniz Əsədovadan rəsmi olaraq boşanaraq, bir növ öz qayınatasını və
ailənin ağsaqqalını gərəksiz söz – söhbətdən və arzuolunmaz narahatçılıqdan qorumağa
çalışır. Belə ki, nikahın rəsmi pozulmasından sonra böyük bir hüquqşünas ailəsinə
başçılıq edən Bağır müəllim rahatca bildirəcək ki, daha Səyyad Qafari mənim kürəkənim
deyil və onun etdiyi xoşagəlməz hərəkətlərə görə nə mən, nə də qızım narahat edilməsin.
Göründüyü kimi çox gözəl ssenari qurulub və bütün güclər işə salınıb ki, Eldar Əliyev 7
illik zəhmətinin bəhrəsi olan obyektin sökülmə qorxusuna görə Səyyad Qafariyə minnətçi
düşsün və iddia etdiyi 200 min pulu istəməyərək, qarşı tərəfin irəli sürdüyü şərtlərə
razılıq versin.
Yuxarıda sadalananların fonunda, Eldar Əliyevin ailəsindəki vəziyyət daha
öncədən gərginləşmişdir. Kəmalə Əliyeva keçmiş həyat yoldaşından onun razılığı
olmadan Seyran Kafarinin adına keçirilən torpaq sahəsinin geri qaytarılmasını tələb edir.
Belə ki, Səyyadın hərəkətləri nəticəsində ailədə soyuqluq yaranmış və münasibətlər
zaman-zaman kəskinləşmişdir. Belə ki, Eldar Əliyev Səyyad Qafari ilə şərikli tikdiyi
obyekt üçün şəriki pul verməyən zaman, 4 daşınmaz əmlakını sataraq pulunu tikintiyə
yönəltmişdir ki, sonradan dostu öz payına düşən hissəni verəcək. Hər dəfə Səyyad
demişdir ki, pulum yoxdur, sən tikintini apar mən sonra ödəyərəm. Hətta o variantı da
demişdir ki, obyektin “çıxarış”ını mənim adıma keçirəndə, pulunu verərəm. İndi isə
Səyyad Qafari həmin pulu vermək istəmir, dostluqlar pozulub və hətta məsələ məhkəmə
müstəvisinə keçib. Bu barədə dəfələrlə Eldar Əliyevlə Səyyad Qafari arasında görüşlər
olmuş, hər dəfə də, Səyyad Qafari Eldar Əliyevə narahat olmamağı məsləhət görmüşdür.
Hətta bir dəfə Səyyad Qafari obyektin sənədlərini Eldar Əliyevdən alaraq, respublikada
nüfuzlu şirniyyat markalarından birinə verəcəyini bildirmiş və gələcəkdə obyektin
icarəsindən Eldar Əliyevə öz payına düşən vəsaiti də təklif etmişdir ki, bir müddət
obyektin icarə haqqını Eldar götürər, sonra tərəflər bərabərləşəndən sonra daxil olan icarə
haqları bölünər.
Yuxarıdakılar barədə Kəmalə Əliyeva dəfələrlə hüquq mühafizə orqanlarına və
Məhkəmə hüquq şurasına çoxsaylı müraciətlər ünvanlamışdır. Lakin həmin müraciətlərə
heç bir cavab olmamış və məsələ obyektiv həllini tapmamışdır. Eyni zamanda hakim
Səyyad Qafari də dəfələrlə Eldar Əliyevi xəbərdar etmişdir ki, əgər mövcud mübahisəyə
görə məni işdən çıxarsalar, sənin başını pis formada ağrıdacam. Bəlkə də, bütün bu
gərginlik və stressdəndir ki, Eldar Əliyev onkoloji xəstəlik tapmışdır.
Bundan əlavə Kəmalə Əliyeva əlində olan materialları hüquq mühafizə
orqanlarına təqdim etmişdir. Kəmalə Əliyeva bildirir ki, nə qədər Səyyad Qafari öz
obyektini qardaşının adına rəsmiləşdirsə də, əslində bütün işlər onun tərəfindən idarə
olunur. Belə ki, ilk əvvəl Məhkəmə hüquq şurasına çağırılan Səyyad Qafarinin kefinə
soğan doğransa da, sonradan hardansa əldə etdiyi köməklik nəticəsində öz yalanları ilə
Məhkəmə Hüquq şurasını inandıra bilmişdir. Kəmalə Əliyeva narahatçılığını bəyan
etməklə, eyni zamanda kommersiya fəaliyyəti ilə məşğul olan hakim barədə tədbir
görülməməsinə təəccüb edir. Belə çıxır ki, Sayyad Qafarinin və vəzifələrdə işləyən
qohumlarının hər yerə əli çatır. Lakin Kəmalə Əliyeva inanır ki, cənab Prezident və
Birinci xanım Mehriban Əliyeva bu barədə məlumatlı olandan sonra haqq-ədalət öz
yerini tapacaq.
Tərəflər arasında hazırda iki məhkəmə çəkişməsi mövcuddur. Yasamal rayon
məhkəməsində hakim Orxan Məmmədlinin icraatında olan iş və hakim Emin Mehdiyevin
icraatında olan proses. Birinci iş üzrə Səyyad Qafari qanuni olaraq tikilən obyektin
sökülməsini iddia edir və bu iddianı öz qardaşının adı altında başladıb. İkinci iş üzrə isə
iddianı Kəmalə Əliyeva qaldırmışdır. Belə ki, onun xəbəri olmadan və üzərində əmlak
olan torpaq sahəsinin bölünməsi tam qanunsuz olmuşdur və barədə olan alqı-satqı-
müqaviləsinin etibarsızlığı zəruridir.
Kəmalə Əliyeva cənab Prezidentə müraciət edərək, onun yeni təyin olunmuş
İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovla görüşündə dediyi fikirlərin tətbiq
olunacağına, sahibkarların incidilməməsinə və yeni iş yerlərini yaradılması üzrə
sahibkarlara köməklik olunmasına inandığını bildirir. Eyni zamanda Kəmalə Əliyeva 7 il
ərzində bütün ailə üzvlərinin, qohumların köməkliyi ilə ərsəyə gətirdiyi obyektin, bir
hakimin şəxsi marağı ucbatından sökülməsinə dövlətimizin rəhbərinin icazə
verməyəcəyinə əmin olduğunu dilə gətirir. Nə qədər vəzifəli şəxslər iş adamlarını
sıxışdırmaq istəsə də, cənab Prezident buna imkan verməyəcək, çünki o, hər zaman
xalqın tərəfindədir və yanındadır.
Səyyad Qafari haqqında kifayət qədər sübutlar, yazılar və materiallar var ki,
hamısında o deyir ki, obyekt mənimkidir. Lakin bu məlumatlar dövlət orqanları
tərəfindən yaxşı araşdırılmır. Belə çıxır ki, hamı Səyyad Qafarinin tərəfini tutur və ya o,
hamıya təsir edir.
Kommersiya fəaliyyəti ilə məşğul olan hakim Səyyad Qafarinin eyni zamanda
Nəsimi rayon məhkəməsində işlədiyi vaxtlardakı fəaliyyəti barədə də kifayət qədər
xoşagəlməz hallar və faktlar mövcuddur ki, hüquq mühafizə orqanları tərəfindən
araşdırılarsa hansı ağır nəticələrə gətirib çıxaracağını təsəvvür etmək belə çətindir.
Kəmalə Əliyeva cənab Prezident İlham Əliyevdən, Birinci xanım Mehriban
Əliyevadan pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir və Seyran Qafari ilə,
daha doğrusu onun qardaşı və bütün məhkəmə sistemində öz pis fəaliyyəti ilə ad çıxarmış
Səyyad Qafari ilə Yasamal rayon məhkəməsində olan mübahisənin qanuni və ədalətli
yolla həll olunmasını istəyir.