Oct 02

Ermənistan KTMT-dən mümkün çıxışını şərh edib

"İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayıb".

Mozalan.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.

O, aparıcının Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı cavablandırıb.

"Düşünürəm ki, hamımız daha ehtiyatlı olmalıyıq. Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil", - deyə o cavab verib.

Mirzoyan, həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil.

"Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük", - deyə o əlavə edib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib və əlavə edib ki, təşkilatın iki ölkəsi 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.

Bənzər xəbərlər

Gündəm

0.2005889415741