Oct 01

İranda sel fəlakəti azı altı uşağın həyatına son qoydu: İtkin düşənlər var

İranın Kerman əyalətində Həlil çayı daşıb. Fəlakət nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Kerman əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Rza Fəllah xəbər verib.

Onun sözlərinə görə, Ciroft şəhərində gecədən bəri itkin düşən daha üç nəfərin cəsədi tapılıb.

"Digərlərinin axtarışı hələ də davam edir", - deyə Fəllah əlavə edib.

Yerli medianın məlumatına görə, ölənlərdən altısı uşaq və altısı qadındır.

İranda sel fəlakəti azı altı uşağın həyatına son qoydu: İtkin düşənlər var

İranda sel fəlakəti azı altı uşağın həyatına son qoydu: İtkin düşənlər var

Bənzər xəbərlər

Gündəm

0.060354948043823