Oct 01

Livan qoşunları İsraillə sərhəddən geri çəkilib

Livan ordusunun bölmələri İsrail hərbçilərinin hücumu ilə bağlı xəbərlər fonunda İsraillə sərhədindən 5 kilometr geriyə çəkilib.

Mozalan.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda İsrail aviasiyası Livanın sərhədə yaxın ərazilərini bombalayır.

Baş verənlər fonunda Suriya və digər ölkələrlə sərhəddə yerləşən İraq qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu açıqlama ilə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul çıxış edib.

İsrail Livanın cənubunu tanklardan kütləvi atəşə tutmağa başlayıb.

Mozalan.az xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin zirehli texnikası artilleriya və aviasiyanın müşayəti altında Livan ərazisinə daxil olub. Hazırda İsrail istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır və İsrail texnikasının sərhədyanı ərazilərə gətirilməsi davam edir.

Bildirilir ki, İsrailin ilk əsas hədəfi Livanın cənubunda 20 kilometrlik təhlükəsizlik zolağı yaratmaqdır.

Bundan əlavə, sərhəddə yerləşən BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) təxliyə edilərək mövqelərini geri çəkdiyi barədə məlumatlar var.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazaları yüksək gətirilib.

İsrail Livanla sərhədi yaxınlığında "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatlar keçirməsi barədə ABŞ-ni məlumatlandırıb. Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

İsrailin müdafiə naziri Yoav Qalant Livanda "Hizbullah"a qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlanacağını açıqlayıb.

Mozalan.az xəbər verir ki, bu barədə o, "X"də (keçmiş "Twitter") yazıb.

Nazirin sözlərinə görə, əməliyyat "Hizbullah"ın davamlı atəşi nəticəsində İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin təxliyə edilmiş sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasına yönəlib.

"Qarşıdurma xəttində icma başçıları ilə görüşdə vurğuladım ki, "Hizbullah"a qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq və bu, məqsədə çatmaqda mühüm amil olacaq. Müharibənin məqsədi şimal sakinlərinin öz evlərinə qayıtmasıdır", - Qalant qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.033484935760498