Sep 29

Voronejə dron hücumu: Mənzillərə və avtomobillərə ziyan dəyib

Rusiyanın Voronej vilayətinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı iki mənzil və bir evin şüşələri, uşaq meydançası və avtomobillərə ziyan dəyib.

Mozalan.az bu barədə TASS-a istinadən xəbər verir.

Rayonun rəhbəri Aleksandr Qusev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qusev qeyd edib ki, PUA hücumlarından sonra baş verən bütün yanğınlar dərhal söndürülüb.

Öz növbəsində Voronej administrasiyasının rəhbəri Sergey Petrin bildirib ki, dronların hücumu nəticəsində səkkiz avtomobil zədələnib.

Bənzər xəbərlər

Gündəm

0.047423124313354