Oct 20

“Paşinyan bilir ki, Azərbaycanla müharibə onun sonu olacaq”

Nikol Paşinyan Azərbaycanla müharibə istəmir, çünki bilir ki, bu müharibə onun idarəçiliyinin sonu olacaq.

Bunu Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyan deyib.

“Biz hamımız anlamalıyıq ki, bu müharibə bizim çiçəklənən ölkə həyatı haqqında arzularımızın sonu deməkdir. Bu bizim regionda sahib olmağa çalışdığımız rəqabətqabiliyyyətli, təhlükəsiz ölkənin sonudur”, – deyə o bildirib.

Gevorkyan hətta müharibədə Ermənistanın qələbə qazanacağı təqdirdə bunun “Pirr qələbəsi” olacağını deyib. O, ermənilərin çoxunun hazırda vətənpərvərliyini döyüş meydanı yerinə sosial şəbəkələrdə göstərdiyini söyləyib.

Gevorkyan Bakının diplomatiyasının artıq öz bəhrəsini verdiyini etiraf edib:

“İlham Əliyev müharibə istəyirmi? Əminəm ki, yox. O, qisas haqqını özündə saxlayır və sərfəli ana qədər gözləyəcək”.

Bənzər xəbərlər

Gündəm

0.027337074279785