Sep 24

Yaponiyada sakinlərin yandırılmış qalıqlarından alınan qiymətli metallar satılır

Yaponiyanın böyük şəhərlərinin demək olar ki, yarısında hakimiyyət orqanları kremasiya xərclərini azaltmaq üçün yandırılmış qalıqlardan əldə edilən qiymətli metalları satırlar.

Mozalan.az xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb.

Kyoto Şəhər Rifah və Sağlamlıq Administrasiyasının bəyanatında deyilir ki, yandırılmış qalıqlardan əldə edilən metalları satmaqla alınan vəsaitdən kremasiyanı daha rahat etmək, o cümlədən krematoriyaları təkmilləşdirmək üçün istifadə edilir. Qeyd olunur ki, bu təcrübə ölkənin 88 böyük şəhərindən 42-də yayılıb.

Vurğulanır ki, Yaponiyada pik ölüm göstəricisi 2040-cı ildə olacaq və il ərzində 1.67 milyon nəfər təşkil edəcək.

Bənzər xəbərlər

Gündəm

0.037577152252197