Sep 23

Milli Məclisin komitələrinə sədr seçilir

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

"Report" xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

"Report"un xəbərinə görə, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.

Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.

Sahibə Qafarovanın namizədliyi Milli Məclisin bu gün yeni tərkibdə keçirilən ilk iclasda irəli sürülüb.

APA-nın xəbərinə görə, Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Xatırladaq ki, Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Deputat Ziyafət Əsgərovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

"Trend"in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Z.Əsgərov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Z.Əsgərov V çağırış Milli Məclis sədrinin birinci müavini olub.

Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

"Trend"in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvüdür.

Rafael Hüseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub.

APA-nın xəbərinə görə, parlamentdəki azlığın bu gün keçirilən iclasında Rafael Hüseynovun namizədliyi dəstəklənib.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.

Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

APA-nın xəbərinə görə, Musa Qasımlı parlamentdəki bitərəflərin namizədi olub.

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

APA-nın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Bənzər xəbərlər

Gündəm

0.05981183052063