Sep 22

Çadda daşqınlar nəticəsində 500-dən çox adam ölüb

Saharanın mərkəzi hissəsinə yağan güclü yağışlar nəticəsində Çadda ən azı 503 nəfər həlak olub.

Mozalan.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Humanitar Məsələlərin Koordinasiya Ofisi məlumat yayıb.

Məlumata görə, ən çox zərər çəkən əyalət Saxara səhrasının mərkəzində yerləşən Tibesti olub. Orada 83 nəfər həlak olub. Daha 70 nəfər isə Şərqi Loqonda tüğyan edən fəlakətin qurbanı olub.

Qeyd olunur ki, daşqınlara iyulun ortalarında Çadda başlayan güclü yağışlar səbəb olub. Təbii fəlakət 23 vilayətin hamısında 318 min ev təsərrüfatına ziyan vurub.

Bənzər xəbərlər

Gündəm

0.37290096282959