Puqaçovanın Moskva ətrafındakı bağ evinə alıcı tapılıb
Müğənni Alla Puqaçovanın Moskva ətrafındakı Solneçnoqorsk şəhərində yerləşən bağ evinə alıcı tapılıb. Daşınmaz əmlakın dəyəri 125 milyon rubl (2.4 milyon manat) təşkil edəcək.
Mozalan.az bu barədə "Mash" "Telegram" kanalına istinadən məlumat verir.
Jurnalistlər ehtimal edirlər ki, primadonna sənədləri imzalamaq üçün Rusiyaya gələ bilər. Potensial alıcı hələ beh verməyib, sövdələşmənin artıq gələn həftə baş tutacağı gözlənilir.
Bağ evinin mümkün sahibi artıq obyektdə olub və razı qalıb. O zaman ona endirim də təklif olunub. Yekun məbləğ dəyişə bilər, çünki danışıqlar hələ davam edir. Yeni sahibə 80 sot sahil xəttində yerləşən klassik saray üslubunda tikilmiş dördmərtəbəli (biri yeraltı) 760 kvadratmetrlik ev (içində kinoteatr, hovuz, hamam, buxarılar və s. olan) çatacaq.